http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Sahil Babayev Şirvanda müharibə veteranları üçün yaradılmış təsərrüfatlara baxış keçirib

27 Yanvar 2023 , 16:55
Sahil Babayev Şirvanda müharibə veteranları üçün yaradılmış təsərrüfatlara baxış keçirib

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 9,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb.

"Operativ Media" xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov özünüməşğulluq proqramı üzrə Şirvan şəhərində müharibə veteranları üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.

İkinci Qarabağ müharibəsi veteranları Qəhrəmanov Rəşad Rafiq oğlu bərbərxana xidmət sahəsini, Mustafayev Muxtar Əlisəfa oğlu isə qapı və pəncərə istehsalı sexini yaratmaları üçün özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin ediliblər.

R.Qəhrəmanov və M.Mustafayev müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya, onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Hər iki müharibə veteranı özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları təsərrüfatlarını inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.

Dövlət başçısının göstərişinə uyğun olaraq postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramı həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək proqramı çərçivəsində həmin kateqoriyalara aid 122 min şəxsə 264 min xidmət göstərilib. O cümlədən, 16,5 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub ki, onlardan 9,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu