10 Yanvar 2025, 15:50
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılışı olub
Yanvarın 10-da Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib.
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılışı olub şəkil
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılışı olub

"Operativ Media" xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiram nümayiş etdirilib.
Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

HDQ-nin komandanı birinci dərəcəli kapitan Şahin Məmmədov çıxış edərək kurs iştirakçılarını buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Ş.Məmmədov hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən bu cür kursların əhəmiyyətini xüsusi vurğulayıb, kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan və qardaş Türkiyədən olan təlimatçılara təşəkkürünü bildirib.
Məzunlar adından çıxış edən miçman Şahin Rəfili kurs ərzində qazandıqları nəzəri bilikləri və praktiki vərdişləri gələcək xidmətlərində tətbiq edəcəklərinə, onlara göstərilən etimadı Vətənə, xalqa və dövlətə sədaqətləri ilə doğruldacaqlarına söz verib. Sonra məzunlara sertifikatlar və döş nişanları təqdim olunub.

Son xəbərlər
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb