Menyu

İmişlidə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB 2

Nərmin Qocamanlı
İmişlidə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB 2

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər. 

Bu barədə "Operativ Media"ya DİN məlumat verib.

Xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar. 

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

16:53

Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

16.28

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

"Operativ Media" xəbər verir ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.

***

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Operativ Media"ya DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. 

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Teqlər:

"\u0130mi\u015flid\u0259 \u00f6l\u00fcml\u0259 n\u0259tic\u0259l\u0259n\u0259n yol q\u0259zas\u0131 il\u0259 ba\u011fl\u0131 cinay\u0259t i\u015fi ba\u015flan\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B 2"

Əlaqəli Xəbərlər