Ana səhifə / Ölkə / ADY: Bakı-Balakən qatarına daha bir vaqon əlavə edilib ADY: Bakı-Balakən qatarına daha bir vaqon əlavə edilib 18.01.2025, 14:19 Ötən gün Bakı-Balakən qatarı 100 faiz doluluqla yola düşüb. Tələbata uyğun olaraq qatara daha bir vaqon əlavə edilib. "Operativ Media" xəbər verir ki, belə yüksək göstərici bazar günü Balakən-Bakı qatarlarında da qeydə alınıb. Bu, sərnişinlərin xüsusilə həftəsonu səfərlər üçün Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara üstünlük verdiyinin göstəricisidir. Sərnişinlərimiz yataq tipli gecə qatarları ilə rahat və təhlükəsiz səfər etməklə yanaşı, həm də gündüz saatlarına maksimum qənaət etməyi seçirlər. ADY gecə qatarları ilə sizi səyahətdən həzz almağa və yeni yerlər kəşf etməyə dəvət edir. Növbəti səyahət planlarınızı indidən qurun və biletlərinizi əvvəlcədən təmin edin! Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol stansiyalarının kassalarından əldə edə bilərsiniz. Teqlər: "ADY: Bak\u0131-Balak\u0259n qatar\u0131na daha bir vaqon \u0259lav\u0259 edilib"