Yanvarın 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.
"Operativ Media" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Şabranda 4 mm, Qubada (Qımıl) 3 mm, Zaqatala, Xınalıq, Altıağac, Şəkidə 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s, Kəlbəcərdə 15 m/s-yə çatıb. Sumqayıt, Quba, Qusar, Qrız, Lerik, Qaxda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.