Menyu

Sumqayıtda evdə yanğın söndürülüb - YENİLƏNİB

Əsəd Abbaslı
Sumqayıtda evdə yanğın söndürülüb  - YENİLƏNİB
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

FHN-dən "Operativ Media"a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

14:16

***

Sumqayıtda fərdi ev yanır.

"Operativ Media" xəbər verir ki, Sumqayıt şəhərində Sülh küçəsində ev yanır.

Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.

Əlaqəli Xəbərlər