Zaltsburqda 20 Yanvar faciəsi ilə əlaqədar xatirə guşəsi yaradılıb
Əziz Əzizli
Avstriyanın Zaltsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evindədə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə xatirə guşəsi yaradılıb.
Bu barədə "Operativ Media"ya Avstriya Azərbaycanlıları Cəmiyyətindən bildirilib.
“Sovet rəhbərliyinin xalqımızın iradəsini sındırmaq cəhdi baş tutmadı, tezliklə Azərbaycan öz müstəqilliyini bərpa etdi. 20 Yanvar faciəsi xalqımızın yaddaşında müstəqilliyə gedən yol, milli qürur, iftixar, milli müqavimət günü kimi əbədi həkk olunub. Avstriya Azərbaycanlıları Cəmiyyəti və Zaltsburq Azərbaycan Evi olaraq 20 Yanvar faciəsinin qurbanlarını dərin hüznlə anırıq”, – Cəmiyyət bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net