Rusiya təyyarəsi Bakıda məcburi eniş edib
Əziz Əzizli
“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Bu barədə "Operativ Media"ya Heydər Əliyev Beynəlxalq Aerportunun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
“Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net