Menyu

Xəzərdə zəlzələ qeydə alınıb

Nərmin Qocamanlı
Xəzərdə zəlzələ qeydə alınıb
1 dəq oxu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə "Operativ Media"ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub.

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.

Əlaqəli Xəbərlər