DİN: Həftəsonu 81 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 18-də və 19-da ümumi çəkisi 81,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 75,4 kiloqramdan artıq marixuana, 2,5 kiloqrama yaxın heroin, 3,4 kiloqrama yaxın metamfetamin, həmçinin 3530 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma