20 Yanvar 2025, 15:55
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb.
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb şəkil
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb

İranda günahsızcasına həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.

"Operativ Media" xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, Fərid Səfərli yanvar ayının 19-u həbsxanadan çıxarılıb. O, hazırda Azərbaycandadır.

Qeyd edək ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova bu barədə məlumat verməkdən imtina edib.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil