Menyu

Bülbül prospektində qaraj yanıb

Nərmin Qocamanlı
Bülbül prospektində qaraj yanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən "Operativ Media"ya bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 12kv.m. olan qarajda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər qarajlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qarajın içərisinə yığılmış istifadəyə yararsız geyim və məişət əşyaları yanıb.

Yaxınlıqdakı digər qarajlar yanğından mühafizə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər