Menyu

Paytaxtda polis narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Paytaxtda polis narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Paytaxtın Nərimanov, Yasamal və Suraxanı rayonları ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən G.Saqiyev, N.Rzayev, Ş.Qasımov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş H.Qurbanov və S.Cəfərov müəyyən olunaraq saxlanılıblar.

Onlardan ümumilikdə 20 kiloqrama yaxın müxtəlif adda narkotik maddələr və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər