Menyu

"TikTok"da işə düzəltmə adı altında 57 nəfəri aldadan şəxs tutulub

Nərmin Qocamanlı
"TikTok"da işə düzəltmə adı altında 57 nəfəri aldadan şəxs tutulub

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.

Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər:

"\"TikTok\"da i\u015f\u0259 d\u00fcz\u0259ltm\u0259 ad\u0131 alt\u0131nda 57 n\u0259f\u0259ri aldadan \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər