Ötən il 72 mindən çox qadın məşğulluq tədbirlərinə cəlb olunub
Nərmin Qocamanlı
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 72 327 qadın məşğulluq tədbirlərinə cəlb edilib.
Bu barədə "Operativ Media"nın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən bildirilib.
Bildirilib ki, ötən il 55 054 qadın müvafiq işlə təmin olunub. 9911 qadın peşə hazırlığı kurslarına, daha 7372 qadın isə özünüməşğulluq proqramına cəlb olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma