22 Yanvar 2025, 14:51
Zelenski Azərbaycana təşəkkür edib
Ukrayna Prezidenti bildirib ki, o, Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımları yüksək qiymətləndirir.
Zelenski Azərbaycana təşəkkür edib şəkil
Zelenski Azərbaycana təşəkkür edib

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair paylaşım edib.

"Operativ Media" xəbər verir ki, Ukrayna Prezidentinin "Facebook" hesabında edilən paylaşımda deyilir:

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və insan tələfatı ilə bağlı bir daha başsağlığı verdim. Qəza yerindən əldə edilən dəlillər aydındır və Rusiyaya təzyiq göstərmək vacibdir ki, o, həqiqəti açıqlamağa məcbur edilsin.

Eyni zamanda, ikitərəfli əlaqələri və onların gələcək inkişafını müzakirə etdik. Gələcəkdə ölkələr arasında ticarət dövriyyəsinin artırılması və enerji sektorunda əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq.

Biz Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımları yüksək qiymətləndiririk. Təşəkkür edirəm!".

Son xəbərlər
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb