Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Əsəd Abbaslı
"Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın oğlu Nver Tsarukyan 2024-ci ilin oktyabrında kurort şəhəri Tsaxkadzorda kazinolardan birində baş vermiş "mübahisə"dən sonra beynəlxalq axtarışa verilib.
"Operativ Media" Ermənistan mətbuatına xəbər verir ki, bu barədə cinayət işi materiallarını məhkəməyə göndərən Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Oktyabrda Nver Tsarukyan, onun mühafizəçiləri və müəssisənin işçiləri arasında münaqişə baş verib, atəş səsləri eşidilib, daha sonra iş adamı və "Çiçəklənən Ermənistan" partiya liderinin oğlu gizlənib.
"Xuliqanlıq" və "bir qrup şəxs tərəfindən soyğunçuluq" maddələri ilə cinayət işi açılıb. Nver Tsarukyan qiyabi həbs edilib.
Teqlər:
"Erm\u0259nistanda partiya liderinin o\u011flu beyn\u0259lxalq axtar\u0131\u015fa verilib"