24 Yanvar 2025, 19:01
Şolts: Biz Ukraynanı dəstəkləyirik və dəstəkləyəcəyik
Rusiya-NATO müharibəsinin qarşısını almaq lazımdır.
Şolts: Biz Ukraynanı dəstəkləyirik və dəstəkləyəcəyik şəkil
Şolts: Biz Ukraynanı dəstəkləyirik və dəstəkləyəcəyik

Rusiya-Ukrayna müharibəsinin Rusiya-NATO müharibəsinə çevrilməsinin qarşısını almaq lazımdır.

"Operativ Media" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Türkiyənin "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, bu müharibə ilə on illərdir sahib olduğumuz və Avropada sülhü, sabitliyi təmin edən razılaşma pozulub: "Biz Ukraynanı dəstəkləyirik və dəstəkləyəcəyik. Eyni zamanda, müharibənin genişlənməməsinə diqqət edirik. Bunun üçün bütün diplomatik imkanlardan istifadəyə səy göstərilir".

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Ukrayna lideri Volodimir Zelenski isə söyləyib ki, 2025-ci ildə savaşa son qoymaq üçün mümkün olan hər şeyi edəcək.

Son xəbərlər
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Rusiyada zəlzələ baş verib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq