Menyu

ABŞ şirkətləri Çini tərk edəcək

Əsəd Abbaslı
ABŞ şirkətləri Çini tərk edəcək

Çində rekord sayda Amerika şirkəti istehsalatın köçürülüməsi və alternativ tədarük mənbələrinin axtarışı üzrə planların həyata keçirilməsini sürətləndirir.

"Operativ Media" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Amerika şirkətləri arasında sorğu keçirilib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin təxminən 30%-i 2024-cü ildə bu cür şaxələndirməni nəzərdən keçirib. Bu 2022-ci ildə qeydə alınmış maksimal 24%-lik göstəricidən çoxdur.

Nəşrin müəllifləri prezident Donald Trampın Çinə qarşı aqressiv siyasi mövqe tutması faktına diqqət çəkib.

Qeyd edək ki, bu yaxınlarda, Amerikanın dörd şirkəti Tayvana silah satışına görə Çinin etibarsız subyektlər siyahısına düşüb.

Teqlər:

"AB\u015e \u015firk\u0259tl\u0259ri \u00c7ini t\u0259rk ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər