25 Yanvar 2025, 15:13
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb
Ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 88 505, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 6 294 olub.
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb şəkil
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 5 240, fərdi sahibkarların sayı isə 94 799 təşkil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Trend barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3 984 mikro, 197 kiçik, 87 orta və 11 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda 882 mikro, 51 kiçik, 23 kiçik və 5 iri sahibkarlıq subyekti fəaliyyət göstərib.

Ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 88 505, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 6 294 olub.

2023-cü ildəki göstəricilərlə müqayisədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 492 ədəd və ya 10,4%, fərdi sahibkarların sayı isə 5 610 ədəd və ya 6,3% artıb.Qeyd edək ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəriciləri əsasında müəyyən edilib.

Son xəbərlər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Rusiyada zəlzələ baş verib