Ana səhifə / Dünya / Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib 26.01.2025, 00:09 Nərmin Qocamanlı Venesuelada 2024-cü il prezident seçkilərindən sonra iğtişaşlarda iştirak etdiklərinə görə saxlanılmış 1896 nəfər azad edilib. "Operativ Media" xəbər verir ki, Bolivar Respublikasının Baş Prokurorluğu bu barədə açıqlama yayıb. Bildirilib ki, 2025-ci il yanvarın 16-dan 24-dək, əvvəllər baxılmış işlərə əlavə olaraq, 381 məhbusun işinə sorğu verilib və baxılıb. Bu, Konstitusiyada təsbit olunmuş prinsiplərə və hüquqlara ciddi riayət etməklə azadlığa buraxılanların sayını 1896-ya çatdırıb. Teqlər: "Venesuelada i\u011fti\u015fa\u015flarda saxlan\u0131lan 2000-\u0259 yax\u0131n \u015f\u0259xs azad edilib"