
Belarusda prezident seçkilərində səsvermə başa çatıb.
"Operativ Media" xəbər verir ki, Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollun nəticələri açıqlanıb.
Açıqlamaya görə, Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib.
Qeyd edək ki, Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib.
15:15
Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.
"Operativ Media" xəbər verir ki, bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib.
Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.
Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.
2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.
09:16
Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
"Operativ Media" xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 09.00) başlayıb və axşam saat 20:00-da başa çatacaq.
Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, bitərəf Anna Kanopatskaya, Liberal Demokrat Partiyasından Oleq Qaydukeviç, Belarus Kommunist Partiyasından Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasından Aleksandr Xijnyakdır.
Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karprenko mətbuata açıqlamasında bildirib ki, prezident seçkiləri üçün 486 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Səsvermənin yekun nəticələri fevralın 5-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən elan ediləcək.
Seçkiləri Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Mərkəzi Seçki Komissiyasının nümayəndələri də müşahidə edirlər.
Qeyd edək ki, Belarusda prezident seçkiləri çərçivəsində yanvarın 21-dən 25-dək erkən səsvermə keçirilib. Bu müddət ərzində yanvarın 26-da seçki məntəqələrinə gələ bilməyəcək seçicilər səsvermə hüququndan istifadə edib. Beş gün ərzində seçicilərin 41,81 faizi Belarus Respublikası Prezidentinin seçkiləri üçün erkən səsvermədə iştirak edib.