Menyu

Tramp İordaniya kralından Qəzza sakinlərini qəbul etməyi xahiş edib

Əsəd Abbaslı
Tramp İordaniya kralından Qəzza sakinlərini qəbul etməyi xahiş edib

ABŞ prezidenti Donald Tramp şənbə günü İordaniya kralı II Abdullah ilə telefon danışığında 1 milyondan çox fələstinlinin Qəzzadan krallığa köçürülməsi məsələsini qaldırdığını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

"Mən ona dedim: istəyərdim ki, daha çoxunu qəbul edəsiniz, çünki indi Qəzza zolağına baxıram, və orada əsl xaos mövcuddur", - deyə D.Tramp jurnalistlərə bildirib.

BMT-nin hesablamalarına görə, İordaniyada artıq 2,39 milyon fələstinli qaçqın qeydiyyatdan keçib. Dünyada bu kateqoriyadan olan qaçqınların sayı 5,9 milyon nəfərdir.

ABŞ prezidenti qeyd edib ki, İordaniya ilə yanaşı Misir də fələstinliləri qəbul edə bilər. Prezident bazar günü Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə məsələni müzakirə etmək istədiyini bildirib.

Teqlər:

"Tramp \u0130ordaniya kral\u0131ndan Q\u0259zza sakinl\u0259rini q\u0259bul etm\u0259yi xahi\u015f edib"

Əlaqəli Xəbərlər