26 Yanvar 2025, 16:04
Fidan: İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır
"İraqdan son gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır".
Fidan: İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır şəkil
Fidan: İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır

"İraqdan son gözləntimiz, qadağan olunmuş təşkilat kimi elan etdiyi PKK-nı, həm də terror təşkilatı kimi tanımasıdır".

 "Operativ Media" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdada səfəri çərçivəsində İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Fidan həmkarı ilə görüşdə iki ölkə və regiona aid mühüm məsələləri ətraflı şəkildə müzakirə etdiyini bildirib.

İraqda davamlı sabitlik və rifahın bərqərar olması üçün tam təhlükəsizliyin təmin edilməsi lazım olduğunu qeyd edən nazir bunları deyib:

“Təhlükəsizlik və terrorla mübarizə sahəsində İraqla son zamanlardakı anlaşmalarımız bu kontekstdə çox dəyərlidir. Xüsusilə terrorla, İŞİD və PKK ilə mübarizəmiz böyük əhəmiyyət kəsb edir. PKK terror təşkilatı İraqın suverenliyini pozur və onun milli təhlükəsizliyinə ciddi təhdid yaradır. PKK-nın hücumu nəticəsində iki İraq əsgəri şəhid olub. Allahdan şəhidlərə rəhmət diləyirəm. Mən bu faktı ən güclü şəkildə vurğulamaq istəyirəm ki, PKK Türkiyə, İraq və Suriyanı hədəf alır. Biz regionumuzun gələcəyi, rahatlığı və firavanlığı üçün terrora qarşı birgə mübarizə aparmalıyıq. Biz bütün imkanlarımızı birləşdirib həm İŞİD-i, həm də PKK-nı məhv etməliyik. İraqdan son gözləntimiz, qadağan olunmuş təşkilat elan etdiyi PKK-nı terror təşkilatı kimi tanımasıdır”.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil