26 Yanvar 2025, 16:30
Cənubi Koreya prokurorluğu prezidentə qarşı qiyam ittihamı irəli sürüb
Yun Sok Yola qarşı qiyama görə rəsmi ittihamlar irəli sürülüb.
Cənubi Koreya prokurorluğu prezidentə qarşı qiyam ittihamı irəli sürüb şəkil
Cənubi Koreya prokurorluğu prezidentə qarşı qiyam ittihamı irəli sürüb

Cənubi Koreya prokurorluğu prezident Yun Sok Yola qarşı qiyama görə rəsmi ittihamlar irəli sürüb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi xəbər verib.

Yanvarın 23-də Yüksək Səviyyəli Məmurlar barəsində Korrupsiyaya Qarşı İstintaq İdarəsi Yun Sok Yolun işini prokurorluğa təqdim edib. Həmin gün prokurorluq prezidentin həbs müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə iki dəfə hüquq-mühafizə orqanının həbs müddətinin uzadılması ilə bağlı vəsatətini rədd edib.

Qeyd edək ki, Yun Sok Yol yanvarın 15-də həbs edilib, məhkəmə isə yanvarın 19-da onun barəsində həbs qətimkan tədbiri seçib.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil