Menyu

Kobaxidze: AB-nin qərarı simvolik xarakter daşıyır

Əsəd Abbaslı
Kobaxidze: AB-nin qərarı simvolik xarakter daşıyır

Avropa Birliyi Şurasının Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir.

Operativ Media xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti üçün ən vacib olan odur ki, ölkədə sülhə təhlükə yoxdur və diplomatik pasportlarla Avropaya səfərlər sadəcə texniki məsələdir.

“Biz Avropa Birliyinə viza ilə və ya vizasız gedə bilərik, fərqi yoxdur. Yeganə vacib olan odur ki, biz ölkəmizdə sülhü və xalqımızın fundamental maraqlarını qorumağa davam etməliyik”, - deyə İ.Kobaxidze vurğulayıb

Teqlər:

"Kobaxidze: AB-nin q\u0259rar\u0131 simvolik xarakter da\u015f\u0131y\u0131r"

Əlaqəli Xəbərlər