Türkiyədə 79 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi açıqlanıb
Əsəd Abbaslı
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəbi məlum olub.
Operativ Media xəbər verir ki, bu barədə istintaq materiallarında qeyd olunub.
Bildirilir ki, hotelin mətbəxində səhər yeməyi hazırlanarkən manqala tökülən yağ yanıb. Bundan sonra aşpazların yanğına səhv müdaxiləsi, həmçinin suyu yanlış qaydada tökməsi nəticəsində alov genişlənərək ətrafa yayılıb.
Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.
Yanğın nəticəsində 79 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net