Menyu

Bakıda saxlanılan rusiyalı hakim ölkəsinə təhvil veriləcək

Nərmin Qocamanlı
Bakıda saxlanılan rusiyalı hakim ölkəsinə təhvil veriləcək
1 dəq oxu

Bakı hava limanında saxlanılan Rusiyanın Krasnodar vilayətinin keçmiş hakimi Yelena Xaxaleva məhkəmədən sonra ölkəsinə təhvil veriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın hüquq-mühafizə orqanlarından RİA-ya bildlirilib.

Qeyd edək ki, Xaxaleva Bakıdan Dubaya uçmaq istəyərkən saxlanılıb. 

Rusiyada 17 may 2022-ci ildə Xaxalevaya qarşı dələduzluq və saxtakarlıq maddələri ilə cinayət işi açılıb. İstintaq Komitəsi hakimi 1 milyon rubl mənimsəməkdə şübhəli bilib. İyunun 10-da Xaxaleva qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Əlaqəli Xəbərlər