Menyu

Qazaxıstan atom elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilələr bağlayacaq

Nərmin Qocamanlı
Qazaxıstan atom elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilələr bağlayacaq
1 dəq oxu

Qazaxıstan tezliklə respublikanın birinci Atom Elektrik Stansiyasının (AES) tikintisinə dair sazişlər bağlayacaq və ikinci və üçüncü stansiyaların tikintisi üçün yerləri müəyyən edəcək.

Operativ Media Kazinoform-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.

“Yaxın vaxtlarda biz Almatı vilayətində birinci AES-in tikintisi ilə bağlı lazımi razılaşmaları bağlayacağıq, həmçinin ikinci və üçüncü AES-in tikintisi üçün mümkün yerləri müəyyən etmək üçün regionların təhlili tamamlanır", - məılumatda deyilir.

Qeyd edək ki, Qazaxıstanda 2024-cü il oktyabrın 6-da ölkənin ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı respublika referendumu keçirilib. Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, layihəni seçicilərin 71,12 faizi dəstəkləyib.

Əlaqəli Xəbərlər