Menyu

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

Operativ Media bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 6-da, saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə fevralın 7-də, saat 10:00-dan “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən "SİMA Token" (Elektron İmza) və yaxud "ASAN İmza" vasitəsilə həyata keçiriləcək.

Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər