12 Fevral 2025, 17:20
Vizaların sadələşdirilməsi turizmə necə təsir edir?
Samir Dübəndi: Ölkəmizə gələn turistlərin əsas kütləsi viza rejimi olmayan və ya sadə viza şərtləri olan ölkələrin vətəndaşlarıdır.
Vizaların sadələşdirilməsi turizmə necə təsir edir? şəkil
Vizaların sadələşdirilməsi turizmə necə təsir edir?

2024-cü ildə Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Təkcə ötən ilin ancaq dekabr ayında ölkəyə 202 440 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 2023-cü ilə nisbətən 11 % çoxdur.

Azərbaycan artıq bir çox ölkə ilə viza məsələsini asandlaşdırır. Bəs bu ölkədə turizm sahəsinə necə təsir göstərəcək? 

Məsələ ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Operativ Media-ya açıqlama verib. O bildirib ki, viza siyasəti hər bir ölkənin turizminə təsir göstərən mühüm bir amildir: "Əgər hansısa bir ölkəyə səfər zamanı vizada müəyyən problemlər yaranırsa, bu o ölkəyə olan turizm istəyini azaldır. Vizaların verilməsi nə qədər əlçatandırsa, həmin ölkəyə turistlərin sayı bir o qədər çox olur. Azərbaycanda da bu sahədə əhəmiyyətli təcrübə mövcuddur. Bir sıra ölkələrə artıq sadələşdirilmiş viza tətbiq edilir. Məsələn Tunisdən Azərbaycana gəlmək istəyən şəxs çox qısa zamanda vizanı əldə edə bilir. Bu da həmin ölkənin vətəndaşlarını Azərbyacana daha çox səfər etməsinə gətirib çıxarır.

Bildiyiniz kimi, viza prosedurları qarşılıqlı şəkildə tənzimlənir. Yəni hansı ölkədən bizə gəlmək asanlaşarsa, Azərbaycan vətəndaşının həmin ölkəyə səfəri də asanlaşır. Bugün turizm statistikasına diqqət yetirsək görərik ki, ölkəmizə gələn turistlərin əsas kütləsi viza rejimi olmayan və ya sadə viza şərtləri olan ölkələrin vətəndaşlarıdır.

Samir Dübəndi qeyd edib ki, beynəlxalq tədbirlər birbaşa olaraq turizm sahəsinə təsir göstərir:

"COP29 ərəfəsində də müxtəlif ölkələrin vətəndaşları vizanı daha rahat əldə edə bilirdilər. Ümumiyyətlə COP29 zamanı viza məsələlərini bir qədər asanlaşdırmışdıq.

Azərbaycan müxtəlif  beynəlxalq tədbirlərə ev sahibi olmmasında geniş təcrübə qazanıb. Bakı şəhəri və digər şəhərlərdə keçirilən tədbirlərin sayı ildən-ilə artır. Artıq uzun illərdir ki ölkəmizdə iri miqyaslı beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlər, birbaşa olaraq turizmin inkişafına, ölkənin tanıtımına və Azərbaycanın beynəlxalq etibarının artmasına mühüm rol oynayır. Beynəlxalq konfranslar, sərgilər, idman oyunları və sair, bunlar hamısı birbaşa ölkəyə gələn turist axınını artırır.

Turizm sahəsin “MİCE” deyilən bir söz var. Bu söz işgüzar turizm mənası verir.  Düşünürəm ki, ölkəmiz xüsusi il də Bakı “MİCE” turizm sahəsində  çox inkişaf edib . Biz artıq turiizm sahəsində çox irəliləmişik və bunu da davam etdirəcəyik. İldən-ilə tədbirlərin sayının artması Azərbaycanda turizmin inkişafına böyük dəstək olacaq".

Qeyd edək ki, ötən il Azərbaycana ən çox turist 679 903 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (389 173 nəfər), 3-cü yerdə isə Hindistan (214 669 nəfər) qərarlaşıb. Bundan başqa, il ərzində İrandan 193,9 min, Gürcüstandan 99,9 min, Səudiyyə Ərəbistandan 93,8 min, Qazaxıstandan 79,7 min, Pakistandan 72,8 min, Çindən 42,2 min, Özbəkistandan 40,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 37,6 min, Ukraynadan 33,1 min, Türkmənistandan 29,9 min, Küveytdən 29,4 min, İsraildən 26,5 min turist gəlib.

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyası ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub
"Beşiktaş" argentinalı hücumçu transfer etmək istəyir
Şəmkirdə ev yanıb
Martın 18-dən Qəzzada ölənlərin sayı 506-ya çatıb
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib
Sabah magistral yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq