Kəlbəcər ərazisində "Niva" aşıb, 2 nəfər yaralanıb, 1 nəfər ölüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Operativ Media"ya bildirib ki, fevral Ayının 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində " Niva" markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu avtomobildə hərbiçi və digər sərnişin F. Hüseynova bədənin əzniyi xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir