Bu il əməkhaqqının birgə maliyyələşmə proqramı üzrə 1582 işsiz şəxsə iş yerlərinə göndəriş verilib.
"Operativ Media" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqınınmaliyyələşdirilməsi”(proqramı üzrə həm işsiz şəxslərə, həm işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.
2022-ci ilin ötən dövründə də proqram üzrə 1582 işsiz şəxsə iş yerlərinə göndəriş verilib.
Bu dövrdə proqramda iştirak üçün müraciət edən 160 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.
Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 ilərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək.