Menyu

Bu il də Şuşada Xarıbülbül festivalı keçiriləcək - EKSKLÜZİV

Bu il də Şuşada Xarıbülbül festivalı keçiriləcək - EKSKLÜZİV
1 dəq oxu

Bu il Şuşada növbəti Xarıbülbül Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirib.

"Bu il də Şuşada Xaribülbül festivalı keçiriləcək. Festival may ayının ilk 10 günlüyündə təşkil olunacaq. Dəqiq tarix yaxın vaxtlarda açıqlanacaq", - deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, Şuşanın azad olunmasından sonra festival hər il təşkil olunur.

Xatırladaq ki, Xarıbülbül beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanılıb. Festivalda Azərbaycan və xarici ölkələrin musiqiçiləri, sənət nümayəndələri və folklor kollektivləri iştirak edirlər.

Əlaqəli Xəbərlər