13 Oktyabr 2022, 16:01
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-ə 15 min manatdan çox ziyan vuran anbardar barəsində cinayət işi başlanıb
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-ə 15 min manatdan çox ziyan vuran anbardar barəsində cinayət işi başlanıb şəkil
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-ə 15 min manatdan çox ziyan vuran anbardar barəsində cinayət işi başlanıb

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.

Baş prokurorluqdan "Operativ Media"ya verilən xəbərə görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Şamo Qarayevin təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 15 min 362 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Son xəbərlər
Azərbaycan Premyer Liqası 4 pillə irəlilədi
Bəzi müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək
Sumqayıtda ev yanır
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib