21 Aprel 2025, 17:55
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub.
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub şəkil
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub.

Bu barədə Operativ Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. 

Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.

Son xəbərlər
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib