08 Fevral 2023, 15:58
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub şəkil
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub

Quru Qoşunlarının hazırlıq planına uyğun olaraq “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev çıxış edərək gənc zabitləri salamlayıb, məzunları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Quru Qoşunların komandanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərdən, eləcə də müharibədən sonrakı illərdə düşmən təxribatlarının qarşısını almaq məqsədilə aparılan hərbi əməliyyatlarda əldə etdiyimiz uğurlardan danışıb, məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib.

Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz veriblər. Sonra yaş kötüyünə xatirə emblemi vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Kursun təşkilində fərqlənən təlim rəhbərləri və məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Son xəbərlər
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Rusiyada zəlzələ baş verib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Böyük Dəbilqə": Azərbaycanın daha 9 cüdoçusu mübarizəyə qoşulur
Ucardakı ağır yol qəzasında yaralı sayı 22-ə çatıb - YENİLƏNİB 3
16 Fevral 2025, 13:18