Menyu

2 mindən çox şagird Milli Hakatonun növbəti mərhələsində yarışacaq

2 mindən çox şagird Milli Hakatonun növbəti mərhələsində yarışacaq

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başa çatıb. 22-25 aprel tarixlərini əhatə edən seçim turunda 15 000-dən çox şagird iştirak edib. 

Bu barədə Operativ Media-ya Elm və Təhsil Nazirliyi məlumat verib.

Seçim mərhələsində yüksək nəticə göstərmiş 2000-dən çox şagird növbəti tura vəsiqə qazanacaq. Növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların siyahısı bir neçə gün sonra codehour.edu.az saytında ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, imtahanlar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və digər şəhərlər də daxil olmaqla, ümumilikdə 47 şəhərdə yerləşən 75 mərkəzdə təşkil olunub. Mərkəzləşdirilmiş qaydada keçirilən seçim mərhələsi şagirdlər arasında İKT və proqramlaşdırma sahəsində potensial bacarıqların üzə çıxarılması və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyıb.

Qeyd edək ki, müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər