Menyu

ABŞ-İran danışıqlarının dördüncü raundu başa çatıb - YENİLƏNİB 2

Əsəd Abbaslı
ABŞ-İran danışıqlarının dördüncü raundu  başa çatıb - YENİLƏNİB 2

Vaşinqtonla Tehran arasında Omanda keçirilən danışıqların dördüncü raundu başa çatıb. 

Operativ Media xəbər verir ki,  İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran və Vaşinqton arasında Omanın vasitəçiliyi ilə Maskatda keçirilən dolayı danışıqların dördüncü raundunu şərh edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü raundun çətin, lakin faydalı olduğunu deyib.

15:35

Omanın paytaxt Maskatda ABŞ-İran danışıqlarının dördüncü raundu başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İranın "ISNA" informasiya agentliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə üç raund danışıqlar aparıb.

Birinci raund aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə aprelin 26-da yenidən Omanın paytaxtında baş tutub.

Danışıqlarda İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir.

09:31

ABŞ rəsmilərinin İranın uranı zənginləşdirməsinə qarşı artan etirazları fonunda bu gün iki dövlət arasında nüvə danışıqlarının 4-cü raundu keçiriləcək.

Operativ Media xəbər verir ki, Omanın vasitəçiliyi ilə keçiriləcək danışıqlar bu ölkənin paytaxtı Məsqət şəhərində baş tutacaq.

Hər iki tərəf əvvəlki danışıqlardan sonra müəyyən irəliləyişin olduğunu bildirsə də, rəsmi Tehranın müzakirə edilməz, ABŞ-nin isə qırmızı xətt adlandırdığı məsələlərlə bağlı fikir ayrılıqları qalmaqdadır.

Xatırladaq ki, danışıqların bu raundu 3 may tarixində keçirilməli olsa da, sonradan təxirə salınmışdı.

Teqlər:

"AB\u015e-\u0130ran dan\u0131\u015f\u0131qlar\u0131n\u0131n d\u00f6rd\u00fcnc\u00fc raundu ba\u015fa \u00e7at\u0131b - YEN\u0130L\u018fN\u0130B 2"

Əlaqəli Xəbərlər