İyunda Bakı daha bir böyük tədbirə ev sahibliyi edəcək

Nərmin Qocamanlı
İyunda Bakı daha bir böyük tədbirə ev sahibliyi edəcək

İyunun 3-4-də Bakı Konqres Mərkəzində "Baku Energy Week" çərçivəsində "Bakı Enerji Forumu" ("Baku Energy Forum") keçiriləcək. 

Operativ Media-nın xəbərinə görə, tədbirdə 30-dan çox ölkədən nümayəndələrin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Baku Energy Forum" bu il 30 illik yubileyini qeyd edir. Forum enerji sahəsindəki qlobal tendensiyaların müzakirə olunduğu və beynəlxalq əməkdaşlığın gücləndirildiyi mühüm platformadır.

Ötən il baş tutan tədbirdə Prezident İlham Əliyev də iştirak etmişdi.

Digər xəbərlər