Menyu

“Map AYNA” sistemi yenilənib

“Map AYNA” sistemi yenilənib

Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi yenilənib və funksionallığı artırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Operativ Media-ya bildirilib ki, ictimai nəqliyyat barədə rəqəmsal informasiya “ayna.gov.az” internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanır.

Hazırda qeyd edilən platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Belə ki, sərnişinlər dayanacaq məntəqəsini seçərək həmin ərazidən keçən marşrutları görürlər.

Bununla yanaşı, sərnişinlər platformada yer alan “Rəy bildirin” funksiyasından istifadə etməklə marşrut xətti barədə təkliflərini və şikayətlərini də qeyd edə bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər