Menyu

Laçın Hava Limanı böyük strateji əhəmiyyətə malikdir - ŞƏRH

Əsəd Abbaslı
Laçın Hava Limanı böyük strateji əhəmiyyətə malikdir - ŞƏRH

Laçın Beynəlxalq Hava Limanı həm mülki, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyətə malikdir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Rizvan Nəbiyev AzTV-də yayımlanan “Hədəf” proqramında çıxışı zamanı Laçın Beynəlxalq Hava Limanının ölkə üçün strateji əhəmiyyətindən danışıb.

O bildirib ki, bu infrastruktur layihəsi yalnız mülki xarakter daşımır, eyni zamanda Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsinə xidmət edir.

Deputat qeyd edib ki, Laçın şəhərinin və bütövlükdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası Prezident İlham Əliyevin strateji baxışı və siyasi iradəsi əsasında həyata keçirilir.

“Bu modelin əsasında üç əsas faktor dayanır: Prezidentin strateji baxışı, dövlətin maliyyə gücü və xalqın liderinin ətrafında birləşərək bu layihələri dəstəkləməsi” – deyə o, vurğulayıb.

Rizvan Nəbiyev bildirib ki, Azərbaycanın öz maliyyə vəsaiti ilə, xarici donor və kreditlərdən istifadə etmədən bərpa layihələrini həyata keçirməsi ölkənin iqtisadi gücünün göstəricisidir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası çərçivəsində ayrılan ümumi 23 milyard manat vəsaitin artıq 80%-i xərclənib və proses hər həftə yeni uğurlarla davam edir.

Deputat həmçinin əlavə edib ki, Laçın hava limanı Azərbaycanın istənilən təhlükə vəziyyətində müdafiə qüvvələrini qısa müddətdə və çevik şəkildə bölgəyə çatdırmasına imkan verəcək.

Sonda Rizvan Nəbiyev vurğulayıb ki, Laçın yenidənqurma layihəsinin tam potensialı yalnız tamamlandıqdan sonra tam şəkildə görünəcək və bu model bölgənin dayanıqlı inkişafının təməlini təşkil edir.

Teqlər:

"La\u00e7\u0131n Hava Liman\u0131 b\u00f6y\u00fck strateji \u0259h\u0259miyy\u0259t\u0259 malikdir - \u015e\u018fRH"

Əlaqəli Xəbərlər