Menyu

MİQ üzrə elektron sənəd qəbulu başa çatıb

MİQ üzrə elektron sənəd qəbulu başa çatıb
1 dəq oxu

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Operativ Media-ya bu barədə Elm və Təhsil Nazirliyi xəbər verib.

Elektron sənəd qəbulu mərhələsi 22-29 may tarixlərini əhatə edib. Hazırda qeydiyyatını tamamlayaraq təsdiq etmiş namizədlərin elektron ərizələrinin emalı prosesinə start verilib. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Əlaqəli Xəbərlər