Menyu

İşlədikləri media Reyestrə daxil edilməyənlər jurnalist vəsiqəsi ala bilməyəcək

Nərmin Qocamanlı
İşlədikləri media Reyestrə daxil edilməyənlər jurnalist vəsiqəsi ala bilməyəcək
1 dəq oxu

"Jurnalistlərin işlədikləri və ya əməkdaşlıq etdikləri media subyekti Media Reyestrinə daxil edilməyibsə, jurnalist vəsiqəsi ala bilməyəcək”.

"Operativ Media" xəbər verir ki, bunu APA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.

“Həmkarlarımızdan xahiş olunur ki, jurnalist vəsiqəsi üçün müraciət etməzdən əvvəl işlədikləri və ya əməkdaşlıq etdikləri media subyektinin Media Reyestrinə daxil edilmiş olduğunu dəqiqləşdirsinlər”,-deyə S. Şəfiyeva qeyd edib.

 

Əlaqəli Xəbərlər