Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb, xəsarət alanlar var
Nərmin Qocamanlı
Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.
Operativ Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü və avtomobildə olan digər hərbçilər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralıların vəziyyətləri qənaətbəxşdir.
Araşdırma aparılır.
Teqlər:
"K\u0259lb\u0259c\u0259rd\u0259 h\u0259rb\u00e7il\u0259rin oldu\u011fu ma\u015f\u0131n a\u015f\u0131b x\u0259sar\u0259t alanlar var"