Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri davam edir. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik K.Vəliyev Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Görüşdən əvvəl Krallığın Baş Qərargahında rəsmi qarşılanma mərasimi təşkil olunub. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, iki ölkə orduları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

***

13:08

Azərbaycan və Səudiyyə Ərəbistanının Baş Qərargah rəisləri görüşüb.

Bu barədə Operativ Media-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruvayli Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyevi qəbul edib.

Qəbul zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.

Şəkil Qalereyası

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB - Şəkil 1
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB - Şəkil 2
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB - Şəkil 3
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB - Şəkil 4

Digər xəbərlər