Menyu

Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib

Nərmin Qocamanlı
Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi tədbirlər planına əsasən, “Ən yaxşı İnformasiya Texnologiyaları (IT) mütəxəssisi” adı uğrunda yarış keçirilib. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, yarışda Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində ən yaxşı nəticə göstərmiş IT mütəxəssisləri iştirak ediblər.

Hərbi qulluqçulara iki mərhələ üzrə keçirilən yarışın şərtləri izah olunub və təhlükəsizlik qaydaları çatdırılıb.

Çıxış edənlər iştirakçılara uğurlar arzulayıb, rəqəmsal ordunun müasir hərbi strategiyanın ayrılmaz tərkib hissəsinə çevrildiyini vurğulayıblar. 

IT sahəsində ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən yarışın yekununda zabitlərin nəzəri bilikləri test üsulu ilə, praktiki bacarıqları isə virtual platformalar üzərində yoxlanılıb və qaliblərə mükafatlar təqdim olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər