14 Oktyabr 2022, 20:42
Türkiyədə kömür mədənində partlayışın səbəbi məlum olub -YENİLƏNİB
Türkiyədə kömür mədənində partlayışın səbəbi məlum olub -YENİLƏNİB şəkil
Türkiyədə kömür mədənində partlayışın səbəbi məlum olub -YENİLƏNİB

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib.

O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.

***

21:18

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.

"Operativ Media" xəbər verir ki, APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.

Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedir.

Bartin vilayəti Respublika Baş Prokurorluğunda baş verən partlayış ilə bağlı istintaq başladılıb, 3 prokuror işə cəlb olunub.

***

20:42

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.

"Operativ Media"nın NTV-yə istinadla xəbərinə görə, hadisə yerinə xilasedicilər cəlb edilib.

Araşdırma aparılır.

Son xəbərlər
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib