Bakı-Qazax avtomagistralını su basıb, əraziyə Mülki müdafiə qoşunları cəlb olunub-YENİLƏNİB 3

admin
Bakı-Qazax avtomagistralını su basıb, əraziyə Mülki müdafiə qoşunları cəlb olunub-YENİLƏNİB 3

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

***

09:40

Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün tədbirlər həyata keçirilir.

Bu barədə "Operativ Media"ya "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

A.Cəbrayıllının sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, "Azərsu" ASC birlikdə thərəkətin qısa zamanda bərpası üçün mümkün bütün tədbirləri həyata keçirir.

***

09:24

Kür-Bakı magistral su kəmərində qəza baş verib, nəticədə Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Bu barədə "Operativ Media"ya “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib. 

Qeyd edilib ki, hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür.

Digər xəbərlər