15 Oktyabr 2022, 10:26
"Azərsu": Magistral su kəmərindəki qəza içməli su təminatında problemlərə səbəb olmayıb
"Azərsu": Magistral su kəmərindəki qəza içməli su təminatında problemlərə səbəb olmayıb şəkil
"Azərsu": Magistral su kəmərindəki qəza içməli su təminatında problemlərə səbəb olmayıb

Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərlərindən birində gecə saatlarında baş vermiş qəza nəticəsində (Qaradağ rayonu Qaz Emalı Zavodunun yaxınlığı) ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür.

"Azərsu" ASC-dən APA-ya verilən məlumata görə, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" tərəfindən lazımi tədbirlər görür.

Magistral su kəmərində baş vermiş qəza əhalinin içməli su təminatında problemlərə səbəb olmayıb. Kür sutəmziləyici qurğular kompleksindən şəhərə suyun verilməsi 2 magistral kəmərlə həyata keçirilir. Hazırda abonentlərin içməli su təchizatı digər kəmərlə aparılır.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb